6 günə 12 ölkəni hədəf aldı - İranın hücum XƏRİTƏSİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
28 fevral tarixindən etibarən İsrail və ABŞ tərəfindən İrana qarşı başladılan koordinasiyalı hərbi əməliyyatlar fonunda Yaxın Şərqdə gərginlik sürətlə artmaqdadır. Tehran tərəfindən atılan cavab addımlarının qısa müddətdə bir neçə ölkənin ərazisinə yayılması münaqişəni regional miqyaslı təhlükəli mərhələyə keçirib.
Milli.Az xəbər verir ki, son 6 gün ərzində İranın zərbələr endirdiyi ölkələr:
Bəhreyn, İraq, İordaniya, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Kipr, Azərbaycan və Türkiyə
Azərbaycan
Martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub.
İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.
Türkiyə
Türkiyə Milli Müdafiə Nazirliyi İrandan ölkənin hava məkanına doğru hərəkət edən ballistik raketin zərərsizləşdirildiyini açıqlayıb. Məlumata görə, raket Şərqi Aralıq dənizində yerləşən NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
İraq
İran Qərbində yerləşən İraq ərazisində də hücumlar həyata keçirib. Raket və dron zərbələrinin əsas hədəflərindən biri Ərbil beynəlxalq aeroportu olub.
Qətər
Qətər də İranın zərbələrinə məruz qalan qonşu ölkələrdən biridir. Burada İran ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazası olan Əl Udeyd Hərbi Hava Bazasını, Ras Laffan sənaye zonasını və Mesayid enerji infrastrukturunu vurub.
Birləşmiş Ərəb Əmirlikləri
Birləşmiş Ərəb Əmirliklərində Əl-Dafra Hərbi Hava Bazası, Əbu-Dabi və Dubay ətrafı bəzi hədəflər, Jəbəl Əli limanı və digər obyektlər İran dronlarının və raketlərinin hədəfinə çevrilib.
Küveyt
İran Küveytdə də bir sıra hava hücumları həyata keçirib. Burada Əli Əl Salim Hərbi Hava Bazasını, Küveyt Beynəlxalq Aeroportunu, Məhəmməd Əl-Əhməd hərbi-dəniz bazasını vurub.
Bəhreyn
Bəhreyn də 28 fevraldan sonra İran hücumlarının hədəfinə çevrilib. İranın raket zərbələri zamanı ABŞ-nin 5-ci Donanmasının qərargahının yerləşdiyi Manama şəhərində bəzi obyektlər zərər görüb.
Səudiyyə Ərəbistanı
İranın Səudiyyə Ərəbistanını da müxtəlif vaxtlarda hədəfə çevirib. Riyad ətrafı hərbi obyektlər, Sultan Hərbi hava bazası, Kral Xalid Beynəlxalq Aerportu İran tərəfindən vurulub.
Fidan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zibilə atmadan əvvəl iki dəfə düşünün - üzüm saplağındakı xəzinə
-
“Yalı çapkını”nın aktrisası Bakıda toyda - (Foto)
-
“Hesab gələndə hər yeməyin qiyməti 2 dəfə baha idi” - (Video)
-
Günün qoroskopu: Sənədləşmə işlərində ehtiyatlı olun
-
İsraildən uçan təyyarədə bomba həyəcanı - təcili eniş etdi
-
Arda Gülerdən möhtəşəm qol - (Video)
-
“Mercan Köşk” bu səbəbdən final etdi
-
Tramp İsrail xalqına müraciət etdi
-
Nizami rayonunda 2 gün su olmayacaq
-
Badamdar-"20-ci sahə" yolunda quraşdırılan nişan sürücülərdə narazılıq yaratdı - (Video)
-
Almaniyada İran agentlərinin ifşası: Azərbaycan himni altında növbəti təxribat - (Video)
-
Çempionlar Liqası matçını buraxacaqlar
-
Türkiyədə konsert faciəsi - Ölənlər var
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
-
“Belə atmosferdə oynamaq çətindir” - Rəşad Sadıqov
-
Azərbaycan gimnastları Dünya kuboku seriyalarının qalibi olublar - (Foto)
-
Biləsuvarda ağır qəzanın səbəbi arılar olub
-
Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib - (Foto)
-
Premyer Liqa: "Kəpəz" "Zirə" ilə heç-heçə edib
-
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var - (Foto)
-
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib
-
Batut gimnastikası üzrə Dünya kubokunda növbəti qızıl medal - (Foto)
-
Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - (Video)
-
Sumqayıtda tikilinin damında təmir işləri aparan şəxs xasarət alıb





