Siyasət

Bakıda WUF13-ə hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransı keçirilir

27 Fevral 2026 10:26
Baxış: 276

Bakıda Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransı keçirilir.

Milli.Az xəbər verir ki, brifinqdə WUF13-ün Milli Koordinatorunun müavini, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini Gülşən Rzayeva, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal Bilik və Təbliğat Bölməsinin direktoru Edlam Yemeru, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Rəqəmsal Marketinq şöbəsinin rəhbəri Elnur Mirzəzadə və digərlərinin çıxışları nəzərdə tutulub.

Brifinqdə WUF13-ün Azərbaycan üçün strateji əhəmiyyəti və 2026-cı ilin "Şəhərsalma və Memarlıq ili" elan edilməsi, WUF13-dən gözləntilər və beynəlxalq təsir, tədbirə milli səviyyədə hazırlıq, WUF13-ün qlobal konsepsiyası, WUF13-ün mövzuları və əsas mesajları, prioritetlər və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) strateji baxışı ilə uyğunluq və s. kimi mövzulara aydınlıq gətiriləcək.

Sonda isə medianın sualları cavablandırılacaq.

Xəbər yenilənəcək

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.