Siyasət

Mehriban Əliyeva təxribatçı jurnalisti belə yerinə oturtdu - VİDEO

15 Fevral 2026 18:20
Baxış: 952

Birinci vitse-prezident Mehriban Əliyevaya təxribatçı sual verməyə çalışan jurnalist arzuolunmaz vəziyyətə düşüb.

Milli.Az xəbər verir ki, Münxendə Birinci vitse-prezidentə yaxınlaşan jurnalist Emin Hüseynov özünü təqdim edərərək təxribatçı sual verməyə çalışıb.

Mehriban Əliyeva provokativ sual verməyə hazırlaşan jurnalistə belə cavab verib: "Qadın paltarında səfirlikdə gizlənən insan sizsiniz? Sizə can sağlığı arzulayıram" .

Bundan sonra Birinci vitse-prezident Mehriban Əliyeva oradan uzaqlaşıb.

Qeyd edək ki, Emin Hüseynov istintaqdan gizlənmək üçün bir neçə il əvvəl parik taxaraq və qadın paltarı geyinərək İsveçrənin Azərbaycandakı səfirliyinə sığınıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.