Siyasət

Prezident: Bizim sərhədlərimizdə sülh qurulur, tamamilə yeni vəziyyət yaranıb

14 Fevral 2026 18:25
Baxış: 325

Bizim sərhədlərimizdə sülh qurulur, tamamilə yeni vəziyyət yaranıb. Heç bir atışma yoxdur, heç kəs yaralanmır, heç kim qətlə yetirilmir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev Münxendə "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda panel müzakirələrdə səsləndirib.

Dövlətimizin başçısı deyib ki, biz artıq Ermənistanla əməkdaşlığa başlamışıq. "Biz yüklərin daşınmasında Azərbaycan ərazisində bütün məhdudiyyətləri aradan qaldırmışıq. Gürcüstanlı dostlarımıza da təşəkkürümüzü bildiririk ki, onlar çox mühüm tranzit imkanlarını yaradırlar", - deyə Prezident əlavə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.