Biz Mərkəzi Asiyadakı tərəfdaşlarımızla Xəzər dənizinin dibi ilə çəkiləcək fiber-optik layihəsi üzərində işləyirik. Bununla bağlı işlər aparılacaq, həmçinin yeni imkanlara nəzər salırıq.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev Münxendə "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda panel müzakirələrdə bildirib.
"Ermənistanla sülh əldə edildikdən sonra Azərbaycan vasitəsilə Ermənistana, daha sonra isə Avropa istiqamətinə gedən dəhlizinin də çox böyük potensial var", - deyə dövlətimizin başçısı əlavə edib.
Milli.Az





