Siyasət

İlham Əliyev və Paşinyan həqiqətən yaxşı liderlərdir - Tramp

5 Fevral 2026 21:34
Baxış: 485

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan həqiqətən yaxşı liderlərdir.

Milli.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

Amerika lideri bir sıra beynəlxalq münaqişələrin nizamlanmasında öz rolunu yenidən xatırladıb.

"Mən Kamboca ilə Tailand, Kosovo ilə Serbiya, Pakistan ilə Hindistan, İsrail ilə İran, Ermənistan ilə Azərbaycan arasında baş verən şiddətli müharibələrə son qoydum", - deyə ABŞ Prezidenti bildirib.

Ötən ilin 8 avqustunda keçirilmiş Vaşinqton sammitinin nəticələrindən danışan Tramp vurğulayıb ki, Azərbaycan və Ermənistan liderləri "hər şeyi tez bir zamanda yoluna qoymağa nail oldular".

Qeyd edək ki, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla keçirilən üçtərəfli görüşün yekunlarına əsasən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülhün təmin edilməsi və Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin qurulmasına dair birgə bəyannamə imzalayıblar. Bu layihə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" adını alıb.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.