Siyasət

Paşinyan: Bu gün Ermənistan–Azərbaycan sərhədində “ideal sülh” hökm sürür

21 Yanvar 2026 19:52
Baxış: 427

Ermənistan-Azərbaycan sərhədində "ideal sülh" hökm sürür.

Milli.Az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə "hökumət saatı"nda deyib.

O, qeyd edib ki, 21 yanvar 2026-cı ildə Ermənistan-Azərbaycan sərhədində "ideal sülh" hökm sürür.

Paşinyan Ermənistan Xarici Kəşfiyyat Xidmətinin illik hesabatına istinad edərək bildirib ki, Ermənistan və Azərbaycan arasında hərbi eskalasiya riski demək olar ki, mümkün deyil.

"Deməli, qeyd edə bilərik ki, Ermənistan və Azərbaycan arasında sülh təmin olunub", - o, deyib.

Baş nazir qeyd edib ki, Ermənistan sülhün daha da institutlaşdırılması və möhkəmləndirilməsi istiqamətində diplomatik fəaliyyətini davam etdirir. Eyni zamanda o, Ermənistan-Azərbaycan münasibətlərində "keyfiyyətcə dəyişmiş atmosfer" olduğunu, o cümlədən hər iki tərəfin ritorikasında dəyişikliklər baş verdiyini və bu dəyişiklikləri alqışladığını qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.