Siyasət

Prezident: Hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır

13 Yanvar 2026 18:23
Baxış: 315

Son iki il ərzində, - antiterror əməliyyatından sonra, - 2023-cü ildən bu yana bütün bu bölgələrdə - Ağdərədə, Xocalıda, Xankəndidə, Xocavənddə həyat bərpa edilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşdə bildirib.

Beş il bundan əvvəl vaxtilə işğal altında olmuş digər ərazilərə köçkünlərin qayıtmağa başladıqlarını vurğulayan dövlətimizin başçısı deyib ki, bu gün artıq 73 min insan - həm keçmiş köçkün, həm də ki, köçkün olmayan, amma azad edilmiş ərazilərdə işləyənlər, çalışanlar, oxuyanlar yerləşiblər və hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.