Son bir il ərzində AZAL təyyarəsinin vurulmasından sonra Rusiya ilə münasibətlərdə gərginlik yaşanıb.
Milli.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, buna baxmayaraq ölkələrimiz arasında qarşılıqlı dialoq və təmaslar davam edib:
"9 oktyabrda Düşənbədə MDB Dövlət Başçıları Şurasının liderlərin görüşündə Rusiya tərəfinin təyyarənin vurulmasına dair etiraflardan sonra münasibətlər müsbət istiqamətdə irəliləyib".
Milli.Az





