AZAL təyyarəsinin vurulmasından sonra Rusiya ilə dialoqlar davam edir - Ceyhun Bayramov

26 Dekabr 2025 15:52

Son bir il ərzində AZAL təyyarəsinin vurulmasından sonra Rusiya ilə münasibətlərdə gərginlik yaşanıb.

Milli.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, buna baxmayaraq ölkələrimiz arasında qarşılıqlı dialoq və təmaslar davam edib:

"9 oktyabrda Düşənbədə MDB Dövlət Başçıları Şurasının liderlərin görüşündə Rusiya tərəfinin təyyarənin vurulmasına dair etiraflardan sonra münasibətlər müsbət istiqamətdə irəliləyib".

Milli.Az