Siyasət

Tarix onları bağışlamayacaq

8 Avqust 2012 01:00
0 Şərh     Baxış: 399
O, həm də çox əxlaqsız və qəddar insandı.

İmperator Pyotr saraydakı xanımları, yəni məşuqələrini əyanlara hədiyyə edirdi. Özü də əyanlar həmin xanımları yalnız məşuqə kimi saxlamalı deyil, çarın xoşuna gəlmək üçün o qadınlarla evlənməliydilər.

Amma bir şərtlə: I Pyotrun işarəsindən sonra həmin xanımlar ailənin yataq otağını bir gecəlik çarın çarpayısı ilə dəyişməliydilər.

I Pyotr şorgöz və arvadbaz olmaqla yanaşı, həm də kişiləri yatağına salmağı xoşlayırdı. Knyaz Aleksandr Menşikov, Senatın general-prokuroru qraf Yaqujinski, general-poruçik Rumyantsev, böyük rus sərkərdəsi Suvorovun atası, general-anşef Vasili Suvorov bütün çinlərinə, ad və varidatlarına çarın yatağından keçməklə nail olmuşdular.

I Pyotr yeniyetmə oğlanlarla "əylənməyi" də xoşlayırdı.

Bir sözlə, çox murdar insandı çar Pyotr.

Lakin Rusiya tarixinə o, uşaqbaz, arvadbaz, kişiləri yatağına salan adam kimi yox - dağınıq və zəif məkanı qüdrətli dövlətə çevirən adam kimi düşdü.

Tarix də Pyotrun əxlaqsızlığını, murdarlığını və yaramazlığını xatırlamır və onun islahatları barədə yazılmış əsərlərin, elmi araşdırmaların nə sayı var, nə də hesabı.

Ermənistan prezidenti Serj Sarkisyanı da əxlaqlı adam saymaq çətindir. Arvadı Rita Sarkisyan ərinin "gözəl ailə başçısı, qayğıkeş ər və həlim baba" olduğunu dəfələrlə vurğulasa da, ərini həmişə tərifləyərək bütün erməni kişiləri üçün nümunə saysa da, Sarkisyanın əxlaqının səviyyəsi elə Prezident Administrasiyasındakı adamlara məlumdur.

Çünki ən azı 4 nəfər özünü Sarkisyanın nikahdankənar övladı sayır və bunu bərkdən söyləyə bilməsə də, qeyri-rəsmi "ailə mənsubu" olmağın üstünlüyünü anlayır.

Yerevanda çıxan "Lragir" qəzetinin yazdığına görə, Sarkisyan 2008-ci ilin martında prezident seçilməzdən, daha doğrusu, total saxtakarlıqlar və qanun pozuntuları sayəsində dövlət başçısı postuna yiyələnməzdən əvvəl də nümunəvi davranışı ilə seçilməyib.

Belə ki, Serj Sarkisyan Ermənistanın müdafiə naziri olan illərdə olun Anjela və Laura, baş nazir olanda Marqarita və Şuşanik adlı məşuqələri vardı.

Prezident seçiləndən sonra Sarkisyanın məşuqələrinin dəqiq sayı bilinmir.

Bəlli olan odur ki, Masis rayonunda bir, Yerevanda isə 3 villanın Sarkisyanın məşuqələrinə məxsus olduğu deyilir.

Onun Moskva və Rostov şəhərlərində övladlarının yaşadıqları da vurğulanır.

Bunları yoxlamaq, yalan və ya doğru olduğunu dəqiqləşdirmək çətindir. Nə Sarkisyan nikahdankənar əlaqələrini və qeyri-qanuni arvadlarının varlığını etiraf edəsidir, nə də o qadınlar danışan deyillər.

Fəqət erməni jurnalistlərini maraqlandıran bir məqam var ki, Ermənistan Gömrük Xidmətində çalışan Vaqarşak Harutyunyan sanki Sarkisyanın əkizidir.

26 yaşlı Vaqarşak yaşına görə çox sürətli karyera inkişafı yolu keçib və savadı, intellektual səviyyəsi həddən ziyadə aşağı olsa da, Ararat gömrükxanasının faktiki rəhbəridir. Moskvadakı "Anait" restoranının sahibi 21 yaşlı Gevorq Vartanyanın da Sarkisyana bənzədiyini deyirlər və üstəlik, Vartanyan Yerevana gələndə onu "Zvartnos" hava limanında az qala nazir təki qarşılayırlar.

Halbuki sənədlərə görə, Vaqarşak Harutyunyanın anası evdar qadındır, atası yoxdur.
Vartanyanın anası Ermənistan Kənd Təsərrüfatı Nazirliyində adi əməkdaşdır, atası da yoxdur.
Erməni jurnalistlərin fikrincə, bu adamların atası var, özü də Ermənistan Prezident Administrasiyasının binasında oturur, dövlət başçısının maaşını alıb qol çəkir, ölkədəki süni inhisarlara başçılıq edir.

O adam Serj Sarkisyandır.

Yerevandakı iqtidarın başçısı təki, onun dəstəsindəki adamlar da rəsmi nikahla kifayətlənməyərək, qeyri-rəsmi nikahlarda maraq arayır, vaxtlarını "səmərəli" keçirməyə can atırlar.

Şimali Qafqazdakı ermənilərin "Yerkramas" qəzetinin yazdığına görə, Sarkisyan iqtidarında elə bir nazir, komitə rəhbəri, habelə prezidentin başçılıq etdiyi Ermənistan Respublika Partiyasının ali funksionerləri arasında elə insan yoxdur ki, onun barəsində "nümunəvi ailə başçısı" ifadəsini söyləmək olsun.

Tam əksinə, arvadbazlıq, şorgözlük, məişət pozğunluğu sanki bu insanların davranış kodlarıdır.

Ermənistan müxalifətinin mənsubları, xüsusilə də Yerevandakı iqtidara əks düşərgənin ən radikal, barışmaz və aktiv liderləri olduqlarını iddia edən şəxslər Sarkisyan hakimiyyətinin ziyalılıq, zadəganlıq səviyyəsini hesablamaqla, onların mənəviyyatını müəyyənləşdirməklə məşğuldurlar.

Bu da qaranlıq otaqda qara pişik aramaq təkidir. İllah da ki, o otaqda pişik ümumiyyətlə yoxdur.

Sarkisyan hakimiyyətinin mahiyyəti və bu hakim komandanın kimlərdən ibarət olmasını anlamaq üçün hansısa araşdırmalar aparmaq, təhlillərə varmağa dəyməz. Yetər ki, o adamların ləqəblərini xatırlayasan. Əgər bir ölkənin hakimiyyət koalisiyasında "ikinci güc" adlandırılan qüvvə - "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Sarukyanın ləqəbi "Dodi Qaqo", yəni "Axmağın oğlu"dursa, hakimiyyətin ən fəal mənsublarından biri, deputat Aşot Ağababyan "Burnaş" adlandırılırsa, sabiq prezident Robert Köçəryanın ən yaxın adamı və erməni oliqarxlarının "xaç atası" sayılan Harutyun Harutyunyana "Cəllad" deyilirsə - hansısa mədəni yaşam, zadəgan davranışlardan danışmaq bica işdir.

Ermənilər öz prezidentlərinə "Serjik", "Çeburaşka", "Cırtdan", "Balaca şeytan", "Qırıq kətil" deyirlər.

Baş nazir Tiqran Sarkisyan isə "Balaca sarsaq", "Geyran", "Baboş" ləqəbləriylə tanınır. Onlar hələ savadlı adamlar sayıla bilərlər, çünki Ermənistan rayonlarının rəhbərləri və hüquq-mühafizə sistemində çalışan çiynipaqonluların arasındakı yüksək rütbəli zabitlərin çoxundan tərcümeyi-hallarını yazmaq istənərsə, bu adamların çoxsaylı üslub və orfoqrafik səhvlərə yol verəcəkləri şübhə doğurmur.

"Erməni Əsgər Anaları" təşkilatı hətta prezidentə və baş nazirə "Əlifba" hədiyyə etmək istəyirdi ki, oxuyub-yazmağı öyrənsinlər.

Ermənilərin çoxu isə hələ də nəyəsə ümid edir, düşünür ki, gərçi iqtidarda ağıllı və savadlı adamlar olsaydı, onların həyatları indiki təki zillətli, məşəqqətli olmazdı.

Sadəlövh insanlar... Ölkənin bütün problemləri savadlı və peşəkar adamlarla bağlı deyil. Dünya tarixi və siyasi təcrübə göstərir ki, savadlı, peşəkar adamlar quldurlara xidmət edəndə bilik ilə bacarıqlarını qanlı cinayətlərin daha ustalıqla və qəddarlıqla törədilməsinə yönəldirlər.

Ermənistandakı hakimiyyət mənsublarının çoxu dünyanın yarısını tutmuş fransız imperatorun məşhur şirniyyatın şərəfinə Napoleon adlandırıldığını düşünürsə, bu da bəla deyil.

Çünki Ermənistan vətəndaşları layiq olduqları iqtidar tərəfindən idarə olunurlar.

O vətəndaşlar ki, illərdən bəri cinayətlərə, qanunsuzluğa, Konstitusiya və qanunların ayaq altına salınıb tapdanmasına dözür, səslərini çıxarmırlar.

Mütiləri kimlərin idarə etməsinin nə fərqi var ki?..

...I Pyotrdan fərqli olaraq, tarixə Ermənistanın indiki iqtidarının islahatları düşməyəcək. Onlar tarixdə sarsaq və mənəviyyatdan kənar adamlar kimi qalasıdırlar.

Tarix ağılsız mənəviyyatları bağışlamır.

Novruz Sultanov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.