Siyasət

Mehriban Əliyeva İlham Əliyevin Vaşinqtonda Donald Tramp və Nikol Paşinyanla görüşü ilə bağlı paylaşım edib - FOTO

9 Avqust 2025 04:54
Baxış: 664

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstaqram" səhifəsində Prezident İlham Əliyevin Donald Tramp və Nikol Paşinyanla Vaşinqtonda baş tutan görüşü ilə bağlı paylaşım edib.

Milli.Az xəbər verir ki, paylaşımda deyilir:

"Bu gün Vaşinqtonda Azərbaycan Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistanın Baş naziri tərəfindən Birgə Bəyannamə imzalandı və sülh sazişi paraflanmaqla yekun sülh sazişi istiqamətində mühüm addım atıldı.

Bu tarixi hadisə münasibətilə xalqımızı təbrik edirəm!

Qoy, hər zaman sülh olsun! Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman oğullarımıza Allah rəhmət eləsin! Uca Tanrı hər zaman doğma Azərbaycanımızı qorusun!".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.