Siyasət

Prezident: Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi

9 Avqust 2025 01:50
Baxış: 377

Biz vaxt itirmək istəmirik, onsuz da əvvəlki administrasiya dövründə - bu dörd ili mən itirilmiş illər kimi qiymətləndirirəm. Əfsuslar olsun ki, Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycan mətbuatına müsahibəsində deyib.

"Bizim Amerika Birləşmiş Ştatları ilə əvvəlki dövrdə əldə edilmiş nailiyyətlər və potensial demək olar dondurulmuş vəziyyətə salınmışdı. Ona görə indi biz vaxt itirə bilmərik", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.