Siyasət

Minatəmizləmə zamanı aşkarlanan təhlükəli maddələr FHN-ə təhvil veriləcək - FƏRMAN

1 Avqust 2025 13:10
Baxış: 352

Minatəmizləmə zamanı aşkarlanan təhlükəli maddələr FHN-ə təhvil veriləcək.

Milli.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla "Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə" Fərmana edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, minatəmizləmə fəaliyyəti zamanı aşkar edilmiş təhlükəli maddələr, səlahiyyətli qurum sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumatlandırılmaqla, icraçı tərəfindən akt əsasında dərhal Fövqəladə Hallar Nazirliyinə təhvil verilməlidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.