Siyasət

İlham Əliyev: Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır

19 İyul 2025 18:17
Baxış: 324

Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşü zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: "Təəssüf ki, son beş ildə Ermənistan tərəfində heç bir iş (Zəngəzur dəhlizi ilə bağlı - red.) aparılmayıb. Bu məsələ qəsdən gündəmdən çıxarılır. Belə olan halda, Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır. Əgər onlar bu prosesi əngəlləməkdə davam etsələr, düşünürəm ki, nəinki bu gün düşdüyü nəqliyyat təcridində, həm də müəyyən dərəcədə siyasi təcrid vəziyyətində olacaqlar".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.