Siyasət

Azərbaycanın Fransadakı səfirliyi Ermənistanın təcavüzü nəticəsində həlak olmuş jurnalistlərin xatirəsinə həsr olunmuş sərgidən görüntülər yayıb - VİDEO - FOTO

17 İyul 2025 12:40
Baxış: 386

Azərbaycanın Fransadakı səfirliyi Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı öz peşə fəaliyyətlərini yerinə yetirərkən həlak olmuş jurnalistlərin xatirəsinə həsr olunmuş fotosərgidən kadrları bölüşüb.

Trend xəbər verir ki, sərgi Azərbaycanın Parisdəki səfirliyi və Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Baku Network analitik mərkəzi tərəfindən təşkil olunub.

Səfirliyin dərc etdiyi materialda, Baku Network-un erməni təcavüzünün qurbanlarına çevrilmiş azərbaycanlı jurnalistlərlə bağlı ilk dəfə olaraq belə bir məsələnin gündəmə gətirildiyi qeyd olunur.

"Onlar dünyaya həqiqəti çatdırmaq üçün öz canlarından keçdilər. Bu sərgi onların cəsarətinə, fədakarlığına və əziz xatirəsinə həsr olunub. Biz onları heç vaxt unutmayacağıq", - səfirliyin paylaşımında deyilir.

Qeyd edək ki, "Baku Network" analitik mərkəzi Avropada ilk dəfə olaraq Ermənistanın təcavüzü nəticəsində həlak olan azərbaycanlı jurnalistlər mövzusunu gündəmə gətirib və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirib.

Paris şəhərində təşkil olunmuş sərgi çərçivəsində Baku Network ictimaiyyətə şəhid jurnalsitlər haqqında materiallar təqdim edib. Tədbirdə Fransa ictimaiyyətinin nümayəndələri, fransız və xarici jurnalistlər iştirak ediblər.

Tədbir Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində Baku Network-un "Azərbaycana qarşı hibrid və ideoloji təhdidlərin təhlili" adlı layihəsi çərçivəsində keçirilib. Sərgi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş bukletlər sərginin iştirakçılarına, həmçinin UNESCO-nun qərargahında keçirilən və İçərişəhərin Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş təqdimatın qonaqlarına paylanılıb. Təqdimat Ümumdünya İrs Komitəsinin 47-ci sessiyası çərçivəsində baş tutub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.