Siyasət

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında dənizçi sertifikatlarının qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu təsdiqlənib

15 İyul 2025 13:06
Baxış: 396

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında dənizçi sertifikatlarının qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu təsdiqlənib.

Milli.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.

Qanuna əsasən, 2025-ci il aprelin 28-də Ər-Riyad şəhərində imzalanmış "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Nəqliyyat Baş İdarəsi arasında "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya"nın (əlavələrlə) I/10 qaydasına uyğun olaraq sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu" təsdiq edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.