Siyasət

Quterreşdən Azərbaycan və Ermənistan liderlərinin görüşünə reaksiya

11 İyul 2025 21:36
Baxış: 916

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş mart ayında əldə olunan razılaşmanın möhkəmləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Milli.Az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibinin sözçüsü Stefan Dujarrik "Report"un ABŞ bürosunun sualını cavablandırarkən bildirib.

Dujarrik qeyd edib ki, BMT Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistan arasında müsbət yöndə davam edən prosesləri yaxından izləyir və dialoqu alqışlayır: "Mart ayında sülh müqaviləsi üzrə əldə olunan razılığı xatırlayırıq və bunun çox müsbət bir inkişaf olduğunu düşünürük. Əbu-Dabi görüşü həmin razılaşmanın möhkəmləndirilməsinə yönəlmiş addım kimi dəyərləndirilə bilər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.