Siyasət

“Qiymətli kağızlar bazarı haqqında” Qanuna dəyişiklik təsdiqləndi

8 İyul 2025 16:57
Baxış: 409

Dövlət şirkətlərinin səhmlərinin yerləşdirilməsi sadələşdirilib.

Milli.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Qiymətli kağızlar bazarı haqqında" Qanuna dəyişikliyi təsdiqləyib.

Belə ki, bundan sonra dövlətə məxsus səhmdar cəmiyyətlərinin yeni səhmlərini dövlət orqanları (qurumları) və yaxud bütün səhmləri dövlətə məxsus digər səhmdar cəmiyyətləri əldə ediləcəyi təqdirdə həmin qiymətli kağızlar Azərbaycan Mərkəzi Bankının onların buraxılışını dövlət qeydiyyatına alması ilə yerləşdirilmiş hesab ediləcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.