Azərbaycan tərəfindən "Sputnik-Azərbaycan"ın ofisində həyata keçirilən tədbirlər ilə bağlı Rusiya tərəfinin iradları əsassızdır.
Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin 2 iyul 2025-ci il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimovun XİN-ə çağırılması ilə bağlı məlumatında deyilir.
Qeyd edilib ki, Azərbaycan tərəfindən "Sputnik-Azərbaycan"ın ofisində həyata keçirilən tədbirlər ilə bağlı Rusiya tərəfinin iradlarının əsassız olduğu bildirilib:
"Sputnik-Azərbaycan"a münasibətdə görülən tədbirlərin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə həyata keçirildiyi və hal-hazırda istintaq tədbirlərinin davam etdiyi qeyd olunub".
Milli.Az