Siyasət

Azərbaycanda mədəni sərvətlərə vahid qaydada pasport veriləcək

5 İyun 2025 15:26
Baxış: 425

Azərbaycanda mədəni sərvətlərə vahid qaydada pasport veriləcək.

Milli.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, daşınmaz abidələrin pasportlaşdırılması qaydaları və pasportun nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Nazirlər Kabineti daşınmaz abidələrin pasportlaşdırılması qaydalarını və pasportun nümunəvi formasını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.