Siyasət

Pilotsuz uçuş aparatlarının təhlükəsizlik qaydalarının pozulmasına görə cəzalar müəyyən edilib

30 May 2025 17:17
Baxış: 395

Azərbaycanda dəmir yolu, su, hava nəqliyyatı, pilotsuz uçuş aparatları və ya hava nəqliyyatı vasitəsi kimi istifadə olunmayan digər hava gəmilərinin hərəkət və istismar təhlükəsizliyi qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilib.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Dəyişikliklərə əsasən, iş və ya vəzifə fəaliyyəti ilə əlaqədar olaraq yuxarıda göstərilən nəqliyyat vasitələrinin hərəkət və istismar qaydalarına riayət etməyə borclu olan şəxsin bu qaydaları pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmişin sağlamlığına ağır və ya az ağır xəsarət yetirildiyi halda:

-İki ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə,

-Beş min manatdan yeddi min manatadək cərimə,

-Yaxud iki ilədək islah işləri,

-və ya iki ilədək azadlığın məhdudlaşdırılması,

-Yaxud iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.