Siyasət

Prezident Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrini qəbul edib - VİDEO - FOTO

30 May 2025 10:36
Baxış: 363

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsı qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Mixael Harmsla, həmçinin Almaniya biznes dairələri və şirkətlərinin nümayəndələri ilə görüşləri məmnunluqla xatırlandı, Almaniya Prezidentinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin, o cümlədən iqtisadi sahədə əlaqələrimizin genişlənməsində rolu vurğulandı.

Azərbaycanla Almaniya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari sahədə əməkdaşlığın inkişaf etdiyi bildirildi.

Mixael Harmsın ölkəmizə səfərinin səmərəli olacağına və iqtisadi əməkdaşlıqla bağlı gündəliyimizin müzakirəsi üçün yaxşı imkan yaradacağına ümidvarlıq ifadə edildi.

Qonaq bu gün qarşılıqlı iqtisadi layihələrlə bağlı AZPROMO ilə "Yol xəritəsi"nin imzalanacağını qeyd edərək, bu məsələdə Azərbaycan Prezidentinin siyasi dəstəyini vurğuladı.

Görüşdə Azərbaycanda mövcud olan əlverişli investisiya şəraitinə toxunularaq, bu xüsusda alman iş adamlarının ölkəmizə sərmayə yatırmaları qeyd edildi və iqtisadi əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.