Dövlətlərarası Aviasiya Komitəsinin sədri Oleq Storçevoy Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Möhtərəm cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Dövlətlərarası Aviasiya Komitəsinin adından və şəxsən öz adımdan səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Azərbaycan müstəqillik illərində dövlətçiliyin möhkəmləndirilməsi, xalqın rifahının yaxşılaşdırılması və ölkənin beynəlxalq arenada nüfuzunun artırılması istiqamətində böyük tərəqqi əldə edib.
Möhtərəm cənab Prezident, icazə verin, Sizə möhkəm cansağlığı və ölkənin rifahı naminə uğurlar, Azərbaycan xalqına isə davamlı sülh, sabitlik və tərəqqi arzulayım".
Milli.Az