Bu gün füsunkar məkanda, Laçında üç ölkənin bayraqları dalğalanır. Bu onu sübut edir ki, bayraqlarımız hər zaman bir yerdə yüksəklərdə dalğalanacaq və inşallah, gələcəyə, firavanlığa doğru inamla irəliləyəcəyik.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Laçında Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı söyləyib.
Azərbaycan və Türkiyə prezidentlərinə Cəmmu və Kəşmir məsələsinə verdikləri dəstəyə görə təşəkkürünü ifadə edən Baş nazir deyib: "Təəssüf olsun ki, orada qan tökülüb. Onlar onilliklərdir ki, zülmə qarşı mübarizə aparırlar. Onlar heç zaman təslim olmayacaqlar. O vaxta qədər ki, BMT Nizamnaməsinə uyğun hüquqları təmin edilsin və Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr icra olunsun. Pakistan hər zaman kəşmirlilərin yanında olmuşdur, eyni zamanda, Türkiyə və Azərbaycan da eyni qətiyyəti nümayiş etdiriblər. İnşallah gün gələcək ki, Kəşmir xalqı öz hüquqlarını təmin edəcək".
Milli.Az