Siyasət

Şahbaz Şərif: Laçında Azərbaycan, Türkiyə və Pakistan bayraqlarının dalğalanmasını görmək qəlblərimizi fəxarət hissi ilə doldurur

28 May 2025 15:02
Baxış: 503

Gözəl Laçında Azərbaycan, Türkiyə və Pakistan bayraqlarının dalğalanmasını görmək qəlblərimizi hədsiz sevinc və fəxarət hissi ilə doldurur.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Zirvə görüşündə səsləndirib.

"Biz ötən il Astanada üçtərəfli formatda görüşdük və qarşılıqlı maraq doğuran məsələlər ətrafında olduqca səmərəli müzakirələr apardıq. Bu gün isə füsunkar Laçında üçtərəfli tərəfdaşlığımızı xalqlarımızın istəyinə uyğun olaraq yeni səviyyəyə qaldırmaq arzusundayıq", - deyə Pakistanın Baş naziri vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.