Siyasət

Bayram Beqay İlham Əliyevi təbrik edib

27 May 2025 19:40
Baxış: 319

Albaniya Respublikasının Prezidenti Bayram Beqay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Albaniya xalqı adından və şəxsən öz adımdan Sizə, xalqınıza səmimi təbriklərimi, əmin-amanlıq və firavanlıq arzularımı çatdırıram.

Albaniya Azərbaycan ilə dostluq münasibətlərini yüksək qiymətləndirir və ölkələrimiz arasında tərəfdaşlığın inkişafından məmnundur. Qarşılıqlı hörmət və ümumi maraqlar üzərində qurulan münasibətlərimiz davamlı şəkildə inkişaf edir. Tərəfdaşlığımızın dərinləşməsində Sizin mühüm rolunuzu yüksək dəyərləndirir və buna görə minnətdarlığımı bildirirəm.

Əminəm ki, Sizin rəhbərliyiniz altında Albaniya ilə Azərbaycan arasında dostluq daha da möhkəmlənəcək, enerji, turizm və infrastruktur kimi qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranacaqdır.

Cənab Prezident, milli bayramınız münasibətilə Sizə bir daha təbriklərimi və ən xoş arzularımı yetirirəm.

Sizə ən yüksək ehtiramımı ifadə edirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.