Özbəkistan parlamenti Azərbaycanla müttəfiqlik münasibətləri haqqında müqaviləni ratifikasiya edib
Özbəkistan parlamenti Azərbaycanla müttəfiqlik münasibətləri haqqında müqaviləni ratifikasiya edib.
Trend xəbər verir ki, bu barədə Özbəkistan senatının rəsmi internet səhifəsində məlumat yayılıb.
Məlumata görə, bu gün Özbəkistan Senatının altıncı plenar iclasında "Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin (2024-cü il 23 avqust, Daşkənd) ratifikasiyası haqqında" Qanun müzakirə olunub.
Qeyd olunub ki, bu Qanunla ratifikasiya edilən Müqavilə Özbəkistan və Azərbaycan Prezidentləri tərəfindən 2024-cü il avqustun 23-də Daşkənd şəhərində keçirilmiş Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında Ali Hökumətlərarası Şuranın ilk iclası çərçivəsində imzalanıb.
Müqavilədə dövlətlərarası münasibətlərin yeni mərhələsinin müqavilə-hüquq müstəvisində rəsmiləşdirilməsi nəzərdə tutulur. Bu mərhələ hər iki ölkənin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün və davamlı iqtisadi inkişafının daha da möhkəmləndirilməsinə yönəlib.
Sənəddə həmçinin, aşağıdakı öhdəliklər əks olunub: tərəflər bir-birinə qarşı yönəlmiş hər hansı blokda və ya ittifaqlarda iştirak etməyəcək, habelə onlardan birinin fikrincə, strateji tərəfdaşlığa və müttəfiqlik münasibətlərinə zərər yetirən hər hansı fəaliyyətlərdə iştirakdan çəkinəcəklər.
Müqavilənin qanunla ratifikasiyası iki ölkə arasında qarşılıqlı etimadı, dostluq əlaqələrini və strateji tərəfdaşlığı daha da gücləndirəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
AB səfiri XİN-ə çağırıldı
-
Kamaləddin Qafarov: “Azərbaycanda idman siyasəti sistemli və uzunmüddətli strategiyaya əsaslanır”
-
Milli Məclisin növbəti plenar iclası keçirilir
-
İlham Əliyev: Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər
-
Qarsda ermənilərlə "mübhəm" görüşlər: bu yol tələyə apara bilər
-
Avropa institutlarına kənar təsir iddiaları: qərarvermə nə qədər şəffafdır? - ŞƏRH
XƏBƏR LENTİ
-
Azərbaycanda balıq ovu QADAĞAN EDİLDİ
-
"Elə bilirlər oğlanam" - VİDEO
-
AB səfiri XİN-ə çağırıldı
-
Bakı xalçaçılıq sənətinin qlobal paytaxtına çevrilib - Beynəlxalq forumun açılışı - FOTO
-
Bayrağa hörmətsizlik edən şəxslə bağlı araşdırma başladı - VİDEO
-
Xalq artisti qızı ilə arxiv FOTOsunu yaydı
-
Əhaliyə ŞAD XƏBƏR: 5 gün ardıcıl iş OLMAYACAQ - RƏSMİ
-
Bu ərazidəki qanunsuz tikili SÖKÜLDÜ
-
Hacı Lətifov bu xəstəxanaya direktor təyin OLUNDU
-
Bələdiyyə binasında dəhşətli ANLAR: Balta ilə hücum etdi - VİDEO
-
Tramp bronjiletdən imtina etdi
-
Yeni Klinikaya direktor təyin EDİLDİ - FOTO
-
Dəbdəbəli bağ evini GÖSTƏRDİ: “Röya ilə qonşuyam” - VİDEO
-
Tanınmış müğənni vəfat etdi - FOTO
-
Premyer Liqa mövsümünün ən pis 10 TRANSFERİ
-
TƏBİB-in tibb müəssisələrinə yeni rəhbər TƏYİNATLARI - KİMLƏRDİR?
-
Kamaləddin Qafarov: “Azərbaycanda idman siyasəti sistemli və uzunmüddətli strategiyaya əsaslanır”
-
Sürücülərin DİQQƏTİNƏ: Bakıda bu yollar BAĞLANIR
-
Milli Məclisin növbəti plenar iclası keçirilir
-
Kiməsə borc verib ala bilmirsinizsə, bu xəbəri mütləq OXUYUN
-
İsrail BƏƏ-yə müasir silah sistemləri göndərib
-
"Sofiya"canlı orkestrlə mahnı ifa etdi - VİDEO
-
O verilişlərin bağlanmasını istəyənlərə belə CAVAB VERDİ
-
Ölkədə bu ənənə ləğv EDİLİR?





