Aprelin 12-də Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsi keçiriləcək.
Trend xəbər verir ki, panel müzakirəsində Azərbaycan xarici İşlər naziri Ceyhun Bayramov, Gürcüstan XİN rəhbəri Maka Boçorişvili və Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Ararat Mirzoyan iştirak edəcəklər.
Paneldə Azərbaycan-Ermənistan sülh prosesində irəliləyiş və Türkiyə ilə Ermənistan arasında davam edən normallaşma səyləri, Cənubi Qafqazda sabitliyə nail olmaq üçün tarixi fürsət, Gürcüstanın regional əməkdaşlıqda artan rolu və regionun gələcəyi üçün mühüm perspektivlər müzakirə ediləcək.
Qeyd edək ki, Dördüncü Antalya Diplomatiya Forumu (ADF2025) 11-13 aprel 2025-ci il tarixlərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi və Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə keçiriləcək.
Milli.Az