Siyasət

David Babayan: Xarici səfərlərə Ermənistan Respublikasının vətəndaşı kimi gedirdim

7 Aprel 2025 14:58
Baxış: 478

Təqsirləndirilən şəxs - David Babayan aprelin 7-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində dövlət ittihamçısının sualını cavablandırarkən bildirib ki, Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində yaradılmış qondarma qurumun "xarici işlər naziri" olarkən xarici səfərlərə Ermənistan Respublikasının vətəndaşı kimi gedib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, o, xarici səfərlərə Ermənistan pasportu ilə getdiyini qeyd edərək deyib: "Müəyyən şəxslərdə (qondarma rejimin "vəzifəli" şəxsləri nəzərdə tutulur - red.) diplomatik pasport da var idi. Sadə pasportlarımız kimi, diplomatik pasportlar da Ermənistanın idi".

Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.