Siyasət

Qambiya Prezidenti Prezident İlham Əliyevi təbrik edib

4 Aprel 2025 10:42
Baxış: 208

Qambiya Respublikasının Prezidenti Adama Barrou Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Müqəddəs Ramazan bayramı münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına Qambiya Respublikasının hökuməti və xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Qoy bu mübarək bayram Sizə, ailənizə və qardaş Azərbaycan xalqına bol ruzi-bərəkət, əmin-amanlıq, firavanlıq və mənəvi rifah gətirsin.

Ramazan bayramı mənəvi təfəkkür, sədaqət, şəfqət bayramıdır, eləcə də imanımızı gücləndirmək, Uca Yaradandan mərhəmət diləmək və bəşəriyyətə xidmət etmək öhdəliyimizi yeniləmək üçün mühüm məqamıdır. Bu müqəddəs bayram münasibətilə bütün müsəlman ümmətinə Allahın sonsuz mərhəmətini diləyirəm.

Zati-aliləri, Sizə ən xoş arzularımı bildirir, dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.