Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Milli.Az xəbər verir ki, məktubda deyilir:
"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, Zati-alinizə cansağlığı, uzun ömür və uğurlar arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək Uca Allahdan Azərbaycan Respublikasına və dost xalqınıza davamlı inkişaf, tərəqqi, firavanlıq, İslam ümmətinə və bütün bəşəriyyətə xeyir-bərəkət diləyirəm".
Milli.Az