Ölkə

Xanlar Vəliyevin yeni vəzifəsi məlum oldu

9 Aprel 2025 11:50
Baxış: 3 599
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə təqdimat Milli Məclisə daxil olub.

Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, Xanlar Vəliyevin hərbi prokuror kimi səlahiyyət müddəti başa çatıb.

Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.