Siyasət

Sabah partiyaların maliyyə hesabatlarını MSK-ya təqdim etmələri üçün müddət başa çatır

30 Mart 2025 17:40
Baxış: 491

Martın 31-i siyasi partiyaların 2024-cü il üzrə illik maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etmələri üçün ayrılan müddət başa çatır.

Trend xəbər verir ki, siyasi partiyalar hər il aprelin 1-dən gec olmayaraq illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə MSK-ya təqdim etməlidir.

MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Məlumat üçün bildirək ki, MSK sədri Məzahir Pənahov qurumun martin 18-də keçirilən iclasında məsələni xatırladaraq lazımi addımların atılmalı olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycanda dövlət tərəfindən qeydiyyata alınan 26 partiya mövcuddur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.