Siyasət

Lukaşenko İlham Əliyevə təbrik məktubu göndərib

25 Mart 2025 10:59
Baxış: 667

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Milli.Az-ın məlumatına görə, mətndə deyilir: 

"Hörmətli İlham Heydər oğlu.

Təbiətin oyanışının və həyatın yeni mərhələsinin başlanğıcının, daha yaxşı gələcəyə inamın rəmzi olan gözəl Novruz bayramı münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Əminəm ki, Belarus ilə Azərbaycan arasında mövcud olan xoşniyyətli münasibətlər dövlətlərimizin xalqlarının rifahı naminə ikitərəfli əlaqələrin bütün sahələrdə bundan sonra da genişlənməsinə kömək edəcək.

Bu əlamətdar bayram günündə Sizə möhkəm cansağlığı və planlarınızın uğurla həyata keçməsində uğurlar, ölkənizin əhalisinə sülh və əmin-amanlıq arzulayıram".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory