Türkiyə

İmamoğlu əl xətti ilə məktub yazdı: “Əsla vazgeçmədən…”

29 Mart 2025 08:47
Baxış: 1 592
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Musavat.com xəbər verir ki, Silivri həbsxanasında saxlanılan İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq rəhbəri Ekrem İmamoğlu, 28 mart 2025-ci il tarixində əl yazısı ilə yazdığı məktub vasitəsilə ictimaiyyətə müraciət edib.

O, məktubunda xüsusilə gənclərə, qadınlara, uşaqlara və haqq mübarizəsinə dəstək verən insanlara təşəkkürünü ifadə edib.

İmamoğlu məktubunda qeyd edir:

"Cesareti ilə məni heyran edən sevgili gənclərə, sıcaq və yaradıcı xəttlərini birləşdirən uşaqlarımıza, xanımlara, bəylərə - incə duyğuları və haqq mübarizəsinə verdikləri dəstəyə görə minnətdarlığımı bildirirəm."

O, haqq, hüquq və ədalət mübarizəsinin uğurla nəticələnəcəyinə inandığını bildirib və gələcəyə dair ümidini bu sözlərlə ifadə edib:

"Əsla vazgeçmeden, sizlərin qətiyyətli duruşları ilə çox gözəl bir gələcəyi, hep birlikdə Türkiyəmizlə birləşdirəcəyik."

İmamoğlu məktubunun sonunda "Millət böyüktür" ifadəsi ilə məktubu yekunlaşdırıb və sevgi və sayğılarını çatdırıb.

Qeyd edək ki, Ekrem İmamoğlu hazırda məhkəmə qərarı əsasında Silivri cəzaçəkmə müəssisəsində saxlanılır. Onun məktubu sosial şəbəkələrdə geniş yayılıb və ictimaiyyətin müxtəlif təbəqələri tərəfindən diqqətlə qarşılanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.