Siyasət

Roma Papası Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayıb

23 Mart 2025 20:18
Baxış: 1 119

Roma Papası Fransisk Azərbaycan və Ermənistanın sülh sazişinin yekun mətni üzrə razılığa gəlməsini alqışlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinin martın 23-nə olan bülletenində qeyd olunub.

"<...> Ermənistan və Azərbaycanın sülh sazişinin yekun mətni üzrə razılaşmasından məmnunam. Bu sazişin mümkün qədər tez imzalanacağına və beləliklə, Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasına töhfə verəcəyinə ümid edirəm", - kargüzarlıq pontifikdən sitat gətirib.

Xatırladaq ki, daha əvvəl Fransa Prezidenti Emmanuel Makron, Estoniyanın, Latviyanın, Sloveniyanın, Macarıstanın XİN başçıları Marqus Sahkna, Bayba Braje, Tanya Fayon, Peter Siyarto, habelə Avstriyanın, Səudiyyə Ərəbistanının xarici siyasət idarəsi Bakı və İrəvan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasını alqışlamışdılar.

Bundan başqa, ABŞ-nin respublikaçı konqresmeni Co Vilson tərəfləri prosesin başa çatması ilə əlaqədar Prezident Donald Trampın şüarı ilə dəstəkləmişdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.