XİN BMT-nin İşçi Qrupunun Vardanyanla bağlı qərarını alqışladı
BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupu 13 mart 2025-ci il tarixində dərc olunmuş rəyində (A/HRC/WGAD/2024/46) Ermənistanın Ruben Vardanyanın ifadə azadlığı və siyasi fəaliyyətinə görə həbs edildiyi barədə iddialarını rədd edib.
Milli.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rəydə vurğulanır ki, Ruben Vardanyan Azərbaycan tərəfindən terrorçuluğun maliyyələşdirilməsi, qeyri-qanuni silahlı birləşmələrin yaradılması, eləcə də genişmiqyaslı dağıntılar və insan tələfatına səbəb olan cinayətlərdə ittiham olunur. Məhz bu səbəbdən onun həbsi həyata keçirilib.
İşçi Qrup, həmçinin, Ermənistanın Vardanyanın öz hüquqlarını müdafiə etməsi səbəbindən həbs olunduğu barədə iddialarını əsassız sayıb. Rəydə qeyd olunub ki, ifadə və birləşmək azadlıqları mütləq hüquqlar deyil və milli təhlükəsizlik və ictimai asayişin qorunması məqsədilə məhdudlaşdırıla bilər. İşçi Qrupun gəldiyi nəticəyə əsasən, Vardanyanın əməlləri milli təhlükəsizliyə təhdid kimi qiymətləndirilə bilər.
Eyni zamanda, Ermənistan tərəfinin təqsirsizlik prezumpsiyasının pozulması və Vardanyanın müdafiə hüquqlarının məhdudlaşdırılması barədə iddiaları da rədd olunub. İşçi Qrup qeyd edib ki, onun həbsi əsaslı şübhələr əsasında həyata keçirilib və məhkəmə prosedurları beynəlxalq standartlara tam uyğundur.
Ümumilikdə, BMT İşçi Qrupunun rəyi Ermənistanın Ruben Vardanyanın əsassız həbs edilməsi ilə bağlı irəli sürdüyü iddiaların və Azərbaycan əleyhinə aparılan qarayaxma kampaniyasının tamamilə əsassız olduğunu bir daha təsdiqləyib. Bu, eyni zamanda, Ermənistanın beynəlxalq hüquq normalarını manipulyasiya etmək cəhdinin növbəti dəfə uğursuzluğa düçar olduğunu göstərib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
-
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
-
Prezident İlham Əliyev: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
-
Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
XƏBƏR LENTİ
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib
-
Bakıda kişi binanın dəhlizində faciəvi şəkildə öldü
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb
-
Bakıda kişi pilləkənlərdən yıxılıb öldü
-
"Forsaj" serial olacaq
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
-
Türkiyədə 11 şəhərə “sarı” xəbərdarlıq edildi
-
Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı - DİN-dən reaksiya
-
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
-
Uşağı xaricə aparmaq istəyən valideynlər bunu bilməlidir
-
Prezident İlham Əliyev: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
-
Putin əmr edib ki, məktəblər də vurulsun - Zelenski
-
Ukrayna ilə sərhəddə PUA düşdü - Rumıniyada yanğın başladı
-
Türkiyə millisi Belçika ilə oyunöncəsi əsas heyət üzvünü itirdi
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi





