Siyasət

Azərbaycan və Şimali Makedoniya Saziş imzaladı

12 Mart 2025 11:47
Baxış: 277

Azərbaycan Respublikası Hökuməti və Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasportlara malik şəxslərin vizadan azad edilməsi haqqında Saziş imzalanıb.

Milli.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımda deyilir.

Bildirilir ki, sənədi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Şimali Makedoniyanın Xarici işlər və xarici ticarət naziri Timço Mutsunski imzalayıblar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.