Rusiya İran və Çinlə niyə birgə hərbi təlimlər keçirir? AÇIQLAMA
"Çin, Rusiya və İran martın birinci yarısında İranın Çabahar limanı yaxınlığındakı sularda "Təhlükəsizlik əlaqəsi - 2025" adlı birgə hərbi dəniz təlimlər keçirməyi planlaşdırır. Təlimlər iştirakçı ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı etimadın və əməkdaşlığın dərinləşdirilməsinə xidmət edəcək. Çin Müdafiə Nazirliyinin yaydığı açıqlamada təlimlərin dəniz hədəflərinə hücumları, birgə axtarış-xilasetmə əməliyyatlarını əhatə edəcəyi bildirilib".
Milli.Az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Rusiya son illərdə ayrılıqda həm İran, həm də Çinlə birgə hərbi təlimlər keçirir.
"Misal üçün 2024-cü il noyabrın sonunda Rusiya Çinlə birgə Yapon dənizi və Şərqi Çin dənizi sularında, həmçinin Sakit Okeanın qərb hissəsində birgə patrul xidməti həyata keçiriblər. Bu təlimlər Yaponiyanın narahatlığına səbəb olmuşdu. Çünki, Rusiya ilə Çinin birgə təlimlər Yaponiyaya məxsus adalarıa yaxın ərazidə həyata keçirilmişdi.
İndi isə Rusiya İran və Çinlə birgə hərbi təlimlər keçirməyə qərar verib. İranın bu təlimlərə verdiyi əhəmiyyət anlaşılandır. ABŞ və İsrail İrana təzyiqi getdikcə artırırlar. İrandakı dairələr ABŞ və İsrailin mümkün raket zərblərindən narahatdırlar. Bunun qarşısının almağın yollarından biri tərəfdaş ölkələr olan - Rusiya və Çinlə hərbi ittifaqı gücləndirməkdir. İranda qərar verənlər düşünürlər ki, Rusiya və Çinlə birgə hərbi təlimlər ABŞ və İsraili İrana qarşı hərbi əməliyyat planlarından çəkindirəcək".
Politoloq qeyd edib ki, Çin də təlimlərə xüsusi əhəmiyyət verir.
"Təsadüfi deyil ki, təlimlərdə Çinin "Baotou" esminesini və "Qaoyu Lake" təchizat gəmisi iştirak edəcək. Təlimlərin İranın Çabahar limanı yaxınlığında keçirilməsin də diqqət çəkir. Məsələ burasındadır ki, İran həmin limanın işlədilməsini Hindistana həvalə edib. Həmin liman Azərbaycandan da keçməsi planlaşdırılan Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsidir. Hindistan məhsullarını həmin liman üzərindən Şimal-Cənubi nəqliyyat dəhlizi üzərindən daşımağı planlaşdırır. Liman İranın Hind okeanına çıxışını təmin edir. Beynəlxalq yüklər hər iki istiqamətdə məhz bu liman vasitəsilə daşınmalıdır. Hindistan ilkin mərhələdə bu limanın yenidən qurulmasına 24 milyon dollar yatırım qoyub. Limanın yenidən qurulması işinin ümumi dəyəri isə 370 milyon dollardır.
Liman Donald Tramp administrasiyasının da diqqətini çəkib. Trampın fevralın 6-da imzaladığı milli təhlükəsizlik memorandumuna görə, İranın maliyyə imkanları, o cümlədən dünya bazarlarına neft satışı məhdudlaşdırılmalıdır. Tramp administrasiyası limana yaxınlaşan gəmiləri sanksiya siyahısına əlavə edərsə, bu İranın problemlərini artıracaq. Ona görə də İran liman yaxınlığında birgə hərbi təlimlərə xüsusu əhəmiyyət verir".
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində 12 Noyabr – Konstitusiya Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Antalyada Birinci xanım Mehriban Əliyeva və Əminə Ərdoğandan səmimi görüntülər - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - (Video)
-
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - (Foto/Video)
-
Tehran öz dininə xəyanət edir
XƏBƏR LENTİ
-
Paşinyan Antalyada "oğurladığı" bananı Dublinə apardı - (Video)
-
Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir
-
Şəmkirdə ağır qəza: İki nəfər öldü, yaralanan var
-
Polad Həşimovun anasının səhhəti ilə bağlı son məlumat
-
Rəsmi qarşılama mərasimində fəxri qarovulun 2 üzvü huşunu itirdi - (Video)
-
“Çelsi”nin futbolçusu 400 minlik "Ferrari"si ilə qəzaya düşdü - (Foto)
-
ABŞ-da üçmərtəbəli bina çökdü: Ölənlər və yaralananlar var
-
Nvidia rəhbəri ilə bağlı şok iddia: Çin kəşfiyyatı, milyardlar və gizli münasibət
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Rəna Ağamuradova: “Desəm, sevgilim məni öldürər”
-
General Natiq Əliyevin qızı saxlanıldı
-
Qəbiristanlıqda təkgözlü körpə skeleti tapıldı
-
Rusiyada zəlzələ oldu
-
Bu yollarda tıxac var - Siyahı
-
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - (Foto)
-
Ölümdən iki gün əvvəl orqanizmdə nə baş verir?
-
İnstaqram və Tiktok istifadə edənlər izlənilir - Bu funksiyanı dərhal söndürün
-
Həftə sonuna qədər uğur qazanacaq bürclər
-
“Dostları ərimi xəyanətə təşviq edirlər…” - Yasemin Sakallıoğlu
-
16 min nəfərin yuxusu araşdırıldı - telefonlar yuxumuza niyə girmir?
-
Köhnə kompüter monitorunu televizora çevirmək üçün sadə və ucuz üsul
-
Nə yulaf, nə qranola: Qatığa bir qaşıq əlavə edənlərin bağırsağı mühərrik kimi işləyir
-
“Oktay Kaynarca ilə görüşməli idim...” - Pərvin Abıyeva
-
Nə tualet fırçası, nə də zibil qutusu - ən təhlükəli əşya mətbəxdə imiş





