Siyasət

Ursula von der Leyen: "Avropanı təcili yenidən silahlandırmalıyıq"

3 Mart 2025 14:52
Baxış: 424

"Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Londonda Ukrayna ilə bağlı keçirilən sammitdə çıxış edərək, Avropanın təcili şəkildə silahlandırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Avropa təhlükəsizliyini təmin etmək üçün artıq hərəkətə keçməli və silahlanma prosesini sürətləndirməlidir".

Milli.Az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, bu çağırış illərdir ki, Avropa liderləri, o cümlədən NATO və Avropa İttifaqı rəhbərləri tərəfindən dəfələrlə təkrarlanır. Lakin indiyə qədər bu mövzuda konkret addımlar atılmayıb. Krımın ilhaqından 11 il, Rusiyanın Ukraynanın şərqinə hərbi müdaxiləsindən isə 3 ildən çox vaxt keçib. Bu müddət ərzində bir çox Avropa lideri "təcili silahlanmalıyıq" deyə təkrar bəyanatlar versə də, əslində konkret hərəkətlər görülməyib.

"Keçmiş ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrindən hərbi xərclərini artırmalarını tələb etmişdi, lakin yalnız Polşa bu təklifə müsbət cavab verib. Digər Avropa dövlətləri isə bu çağırışı qulaqardına vurmuş, ABŞ-ın Avropa təhlükəsizliyini təmin edəcəyini düşünmüşdülər. Tramp, son dönəmlərdə isə açıq şəkildə bildirib ki, Avropa artıq öz təhlükəsizliyini öz üzərinə götürməlidir.

Trampın sözlərinə görə, Avropa ölkələri hərbi silahlanma məsələsində ABŞ-dan asılılığı azaltmalı, öz resurslarını artıraraq Ukraynaya dəstək verməlidir. ABŞ-ın gələcəkdə Ukraynaya dəstək verməyəcəyini gözləmək olar. Bu halda, Avropa dövlətlərinin yeganə alternativi, ABŞ-dan silah və hərbi texnika alıb, Ukraynaya göndərmək olacaq.Bu məsələnin Avropanın təhlükəsizliyi və Ukraynanın gələcəyi baxımından önəmli olduğu vurğulanır".

Asya
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.