Siyasət

Azərbaycanlı deputat AŞPA-da məruzəçi təyin edildi

30 May 2010 03:49
Baxış: 180
Milli Məclisin deputatı Rafael Hüseynov bu baxımdan xüsusilə fərqlənir. İndiyədək ona üzvü olduğu 3 komitənin xətti ilə 4 məruzə hazırlamaq həvalə edilib. Deputatımız Mədəniyyət, elm və təhsil komitəsi üzrə 2, Hüquqi işlər və insan hüquqları, eləcə də Ətraf mühit, kənd təsərrüfatı, yerli və regional işlər komitələrinin hər birinin xətti ilə də 2 məruzə hazırlayıb.

Ətraf mühit, kənd təsərrüfatı, yerli və regional işlər komitəsinin mayın 28-də Parlament Assambleyasının Paris ofisində keçirilən toplantısında R.Hüseynova yeni bir məruzəni hazırlamaq tapşırılıb. Bu məruzə "Hərbi münaqişələr və ətraf mühit adlanır". Mövzu bütün Avropada problemin araşdırılmasını tələb edir və deputatımız həmin kontekstdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün ölkəmizin ekologiyasına vurduğu ziyandan da geniş bəhs etmək niyyətindədir.

Ötən illərdə AŞPA-da bu məsələlərlə əlaqədar bir neçə tövsiyyə üçün təklif və qətnamə təqdim etmiş azərbaycanlı deputat problemin təfərrüatına kufayət qədər yaxşı bələddir.

Hazırlanacaq məruzə ilə əlaqədar R.Hüseynov Avropa Şurasına daxil olan ölkələrdəki münaqişə bölgələrinə səfərlər edəcək.

/AzərTAc/

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.