Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün kənar vasitəçiyə ehtiyac yoxdur
Avropa İttifaqının Ermənistandakı "müşahidə missiyası" Azərbaycanla həmsərhəd ərazilərdə "binokl diplomatiyasını" həyata keçirməkdə davam etdir. Sonuncu belə addım cari ilin fevral ayının 13-də Qubadlı ilə həmsərhəd zonada baş vermişdir. De fakto ölkəmizə qarşı belə bir təxribat vasitəsi, şübhəsiz ki, heç bir nəticə verə bilməz, çünki Azərbaycan otuz ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarını azad edərək, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir.
Azərbaycan tarixi boyu heç bir dövlətə qarşı ərazi iddiaları irəli sürməyib və hətta İkinci Qarabağ müharibəsində qalib ölkə olmasına baxmayaraq, tezliklə sülh müqaviləsinin imzalanmasına çalışır. Bütün bunların əksinə olaraq, Ermənistan surətlə silahlanır və belə bir təəsurat yaranır ki, mənfur qonşularımız yeni müharibəyə hazırlaşır. Əlbəttə Ermənistanın aqressiv meyllərini Avropa İttifaqının müxtəlif qurumları və birliyin bir sıra üzv-dövlətlərı qızışdırır. Təəssüf doğuran məqam həmçinin ondan ibarətdir ki, Ermənistanın hakim dairələri sona qədər anlamırlar ki, ölkəmizin Qarabağdakı Zəfəri nəticəsində regionda vəziyyət əsaslı formada dəyişib.
Azərbaycan iqtisadi, siyası və hərbi baxımdan Cənubi Qafqazın ən güclü dövləti olaraq, beynəlxalq miqyasda ciddi söz sahibidir və bütün məsələlərin ikitərəfli müstəvidə, birbaşa müzakirə edib, həll olunmasına üstünlük verir. Digər tərəfdən, otuz illik müddət nümayiş etdirdi ki, tarixə qovuşan silahlı münaqişənin həllində beynəlxalq vasitəçilər, və xüsusilə də, ATƏT-in Minsk Qrupu heç bir nəticə əldə etməyib. Maraq doğuran cəhət həmçinin ondan ibarətdir ki, hazırda Avropa İttifaqının hətta regional problemlərin həllinə təsiri sıfır dərəcəsindədir və bunu həmin qurumun Rusiya ilə Ukrayna arasında mövcud olan silahlı münaqişənin həlli üçün ABŞ-la Rusiya Federasiyası təmsilçilərinin apardıqları danışıqlara ümumiyyətlə cəlb olunmaması açıq-aşkar nümayiş etdirir.
Almaniyanın ən böyük silah istehsalçısı "Reynmetall" konserninin rəhbəri Armin Papperqerin sözlərinə görə, Amerika Birləşmiş Ştatları ilə Rusiya qlobal məsələləri müzakirə edərkən, Avropa "uşaq masası" arxasında qalıb. Onun sözlərinə görə, "valideyinlər nahar edərkən uşaqlar başqa masa arxasında əyləşirlər. ABŞ Rusiya ilə danışıqlar aparır, və heç bir avropalı masa arxasında oturmur və tamamilə aydındır ki, avropalılar uşaqdırlar". Armin Paperqerin nüfuzlu "Financial Times" qazetinə verdiyi müsahibədə o, həmçinin qeyd edib ki, danışıqlardan kənarlaşdırılmasına görə Avropa özü günahkardır. Bu məqamda sual olunur ki, Ermənistan "uşaq masası" arxasında əyləşdirilən Avropanın "müşahidə missiyasından" nəyi gözləyir?
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ikitərəfli münasibətlərin normallaşması üçün heç bir vasitəçiyə ehtiyac yoxdur və bütün məsələlər beynəlxalq hüquq əsasında ikitərəfli müstəvidə müzakirə edilərək həllini tapa bilər. Ermənistan rəhbərliyi nə qədər tez bu sadə həqiqəti dərk etsə və reallıqda praqmatik yanaşma nümayiş etdirsə, o zaman regionda davamlı beynəlxalq sülhün və təhlükəsizlik rejiminin bərqərar olunması uçun münbit şərait yaranacaqdır.
Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev Kanadanın General-Qubernatoruna məktub ünvanlayıb
-
Prezident İlham Əliyev Somali Prezidentini təbrik edib
-
Fransada prezident seçkisinin tarixi məlum oldu
-
Ermənistanın təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlının taleyi bu günədək naməlum qalıb - XİN
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib - (Foto)
-
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verib
XƏBƏR LENTİ
-
"Yol hərəkəti haqqında" Qanunda hər kəsi çaş-baş salan o gizli maddə nədir?
-
Qanunun keşiyində: 2 İyul - Azərbaycan Polisi Günüdür
-
"Yeşilçam"ın aktrisası vəfat etdi
-
Günvurma əlamətləri və ilk yardım - Terapevt nə deyir?
-
Rafael Ağayev: "UFC-də döyüş keçirib karyeramı bitirmək arzumdur"
-
Çimərlikdə günvurmadan qorunmaq üçün ən təhlükəsiz saatlar
-
"İkinci xanımım məndən 37 yaş balacadır" - 87 yaşlı Xalq artisti
-
Leyla Əliyeva “Azəripək” ASC-nin fəaliyyəti ilə yaxından tanış olub - (Foto)
-
"Avroviziya"dan kuryerliyə - Fərid Məmmədovun sonrakı həyatı
-
Leyla Əliyeva “Onlardan biri: Emil” adlı anım tədbirində iştirak edib - (Foto)
-
Əməkdar artist efirdə anasından danışıb ağladı - (Video)
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində tədbir keçirilib - (Foto-Video)
-
DİM-dən iyulun 5-də imtahan verəcək abituriyentlərə xəbərdarlıq
-
AZAL Brüsselə birbaşa uçuşlara başlayır
-
AFFA rəsmisinə UEFA-dan təyinat
-
Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlanıb
-
Bakıda 5 milyonluq siqaret qaçaqmalçılığı məhkəməsi başladı
-
Avtomobil almaq istəyənlər üçün yeni fürsət: Maşınlar ucuzlaşdı
-
Deniz Akkaya saxlanıldı
-
Sabah çimərliyə getmək istəyənlərin nəzərinə
-
Tolik: “Qızım 2 gündür xəstədir”
-
Şəhla müəllim ilk dəfə məhkəməyə gəldi
-
Çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlanıb
-
Nurlana Əliyeva vəfat etdi





