Siyasət

Prezident İlham Əliyev: Azərbaycan-Qambiya dostluq əlaqələrinə böyük önəm veririk

18 Fevral 2025 11:14
Baxış: 509

Prezident İlham Əliyev Qambiya Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Prezident Adama Barrouya təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı təbrik məktubunda qeyd edib: "Biz Azərbaycan-Qambiya dostluq əlaqələrinə böyük önəm veririk. Bu gün həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığımızın uğurla inkişaf etməsi məmnunluq doğurur.

İnanıram ki, ölkələrimiz arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq məcrasında inkişafı, çoxtərəfli təsisatlarda səmərəli əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik".

Azərbaycan Prezidenti belə bir əlamətdar gündə həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Qambiya xalqına daim əmin-amanlıq və rifah arzulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.