Siyasət

Burkina Fasonun Prezidenti İlham Əliyevə başsağlığı verib

10 Fevral 2025 15:52
Baxış: 637

Burkina Fasonun Prezidenti İbrahim Traore Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

Milli.Az-ın məlumatına görə, məktubda deyilir:

"Cənab Prezident.

"Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus təyyarənin ötən il dekabrın 25-də Qazaxıstan Respublikası ərazisində qəzaya uğraması və çoxsaylı insan tələfatı ilə əlaqədar böyük kədər hissi keçirdik.

Həmin faciəvi hadisə ilə bağlı Sizə dərin hüznlə başsağlığı verir və Burkina Faso xalqının həmrəyliyini ifadə edirəm.

Cənab Prezident, dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.