Siyasət

Səfərbərlik Xidmətinin hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025 17:31
Baxış: 503

Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında Fərman imzalayıb.

Milli.Azxəbər verir ki, Fərmana əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.