Siyasət

İlham Əliyev Aleksandr Lukaşenkoya zəng edib

27 Yanvar 2025 12:06
Baxış: 651

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya zəng edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Aleksandr Lukaşenkonu Belarus Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

Prezident Aleksandr Lukaşenko göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Telefon danışığı əsnasında dövlət başçıları iki ölkə arasında dostluq və tərəfdaşlıq əlaqələrinin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliklərini ifadə edərək, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.