Siyasət

İlham Əliyev Ərdoğana başsağlığı verib

21 Yanvar 2025 17:35
Baxış: 705

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, dövlətimizin başçısı məktubunda Prezident Rəcəb Tayyib Ərdoğana, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, xəsarət alanlara şəfa diləyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.