Azərbaycan-Gürcüstan münasibətlərinin iqtisadi aspekti də çox vacibdir. Siz artıq müdrik şəkildə bizim ölkələrin strateji tərəfdaşlığını qeyd etdiniz. Bu layihələrin strateji və iqtisadi əhəmiyyəti var.
Milli.Az xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib.
"Çox vacibdir ki, belə layihələr davamlı olsun və yeni layihələr müəyyən edilsin. Artıq qeyd etdiyim kimi, Azərbaycan Respublikası bizim üçün təkcə dəyərli dost deyil, Azərbaycan bizim üçün etibarlı tərəfdaş və qardaş ölkədir. Bu bağların dərinlənləşdirilməsi bizim marağımızdadır və biz bu münasibətlərə böyük əhəmiyyət veririk", - deyə Baş nazir vurğulayıb.
Milli.Az