"Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbirə uğurla ev sahibliyi etməsi bəzi beynəlxalq təşkilatları, eləcə də Fransa, Hollandiya kimi dövlətləri ciddi narahat edir. Ona görə də, hər cür qərəzli açıqlamalar yaymaqla və fikirlər səsləndirməklə beynəlxalq konfransın uğurlarına kölgə salmağa cəhd edirlər".
Bunu Milli.Az-a açıqlamasında "Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev deyib.
Baş redaktor mövcud vəziyyətə əsaslanmaqla vurğulayıb ki, dünyada sülhün, təhlükəsizliyin və ətraf mühitin mühafizəsinə xüsusi önəm verən dövlətlər və xalqlar belə dairələrin Azərbaycana yönəlik qərəzli açıqlamalarına və hesabatlarına əhəmiyyətsiz yanaşmaqla ölkəmizin mövqeyini müdafiə edirlər:
"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında 196 ölkədən 72 min nəfər insanın qeydiyyatdan keçməsi tədbirin yüksək səviyyədə baş tutduğunu təsdiqlədi. Konfransın ilk gündən iqlim dəyişmələri və ekoloji problemlərlə bağlı geniş və əhatəli çıxışlar oldu, təklif və ideyalar irəli sürüldü. Bütün dünyanın diqqətinin Azərbaycanda olmasında ciddi narahat olan Fransa, Hollandiya kimi dövlətlər və onların təsiri altında olan beynəlxalq təşkilatlar tədbirin gözdən salınmasına uğursuz cəhdlər göstərirlər. Xüsusilə də, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell siyasi etikadan və prinsiplərdən kənar fikirlər səsləndirməklə qeyd edib ki, Avropadan kənar ölkələr cəngəlikdir və bu əraziləri vəhşi qanunlarla idarə etmək lazımdır. Bununla Jozep Borrelli Fransanın, Hollandiyanın və digər Qərb dövlətlərinin cinayət əməllər törətdiyini və bu əməllərə seriçi qalmaqda maraqlı olduqlarını nümayiş etdirir. Təsdiq edir ki, Avropa İttifaqı və şəxsən o Fransanın müstəmləkə altında saxladığı ərazilərdə xalqlara divan tutmasına, amansız vəhşiliklər törətməsinə haqq qazandırır. Bu isə birbaşa cinayəti törədən fərdlər və qruplarla ortaq olmaq deməkdir".
Aysel Əkbər
Milli.Az
Siyasət
Bəhruz Quliyev: “Jozep Borrell Fransanın törətdiyi cinayətlərə haqq qazandırır”
15 Noyabr 2024 12:45
Baxış: 798
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev Davosda Qətərin Baş naziri və xarici işlər naziri ilə görüşüb - VİDEO - FOTO
-
Serbiya, Azərbaycan və Ermənistan suverenliyi qoruyaraq əməkdaşlıq etməlidir - Aleksandar Vuçiç
-
İlham Əliyev Davosda “BlackRock”un baş icraçı direktoru və “Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru ilə görüşüb - VİDEO - FOTO
-
İlham Əliyev böyük, dahi liderlərdən biridir - Serbiya Prezidenti
-
İlham Əliyev: Bu gün Azərbaycan-Ermənistan, eləcə də Türkiyə-Ermənistan yaxınlaşması paralel olaraq keçirilir
-
Prezident: Vəziyyəti nəzarət altına alsaq o zaman xalqların uğur qazanması mümkündür
XƏBƏR LENTİ
-
Mətbəxdəki gizli təhlükə: Duz qabınızda bakteriya yaşayır
-
Səhhətinə görə səhnədən uzaqlaşdı
-
"Kuruluş Osman"ın aktrisası yeni serialda - Foto
-
Yer kürəsi milyardlarla illik qaydanı pozdu: Bu, hələ başlanğıcdır
-
“Ayntraxt” Bakıdadır - FOTO
-
Cümhuriyyət Qülləsində bayrağımız proyeksiya olundu - FOTO
-
Günün qoroskopu: Dünyanı başqa cür gör, çünki sən artıq dəyişmisən
-
UEFA Çempionlar Liqası: “Mançester Siti”dən gözlənilməz məğlubiyyət
-
Dünyada yüksələn yeni estetik trendi: Meyitlərdən alınan piy inyeksiyası
-
Karamelizə soğanlı yumurta: Səhər yeməyinin yeni sevimlisi
-
Qonorarını 5 milyon azaltdı
-
Daha bir məşhur saxlanıldı
-
Trampdan böyük ifşa: Makron və Ruttenin gizli mesajlarını paylaşdı
-
Futbol tarixinin 100 ən yaxşı baş məşqçisi açıqlanıb: Ferquson ən yaxşıdır
-
Yeni Yasamalda zəncirvari qəza: Yol buz bağlayıb - VİDEO
-
Ukrayna parlamenti işıqsız, susuz qalıb
-
Makron Davosda kinayəli gülüşlə Trampı ələ salıb - 60-dan çox münaqişə - VİDEO
-
Sabah 10:30-da qaz kəsiləcək - Bu ərazilərdə
-
İlham Əliyev Davosda Qətərin Baş naziri və xarici işlər naziri ilə görüşüb - VİDEO - FOTO
-
Maddələr mübadiləsini mühərrik kimi işlədir: Qəhvəyə bir qaşıq əlavə etmək kifayətdir
-
Dünyanın ən ağıllı şəhərləri bəlli oldu
-
Gecə yola çıxanlar diqqətli olsun – rəsmi xəbərdarlıq
-
Mətanət Eminova vəfat etdi - FOTO
-
Qar yağdı - həyat dayandı - FOTO





